Hava Limanı-Mərkəz və əks istiqamət üzrə hərəkət edən Ekspress Xətt xidməti 10 Iyun 2015 tarixindən etibarən istifadəyə verilmişdir. Marşruta əsasən Heydər Əliyev Beynəlxalq Hava Limanı 1 və 2-ci terminallar önündən hərəkət edən avtobuslar Metronun Koroğlu stansiyasının qarşısında bir dəqiqəlik qısa fasilə etməklə Bakı Dəmir Yolu Vağzalının qarşısındakı meydanda dayanırlar. Avtobuslar 30 dəqiqəlik intervala 24 saat xidmət göstərməkdədir.