Ekspress xətti üzrə sərnişinlərə müasir standartlara cavab verən Almaniyanın “MAN” şirkətinin istehsalı olan “Neoplan” markalı avtobuslar xidmət göstərir. Avtobusda oturacaqların sayı 48-dir və ayaqüstə sərnişin daşınması nəzərdə tutulmayıb. Avtobusun salonunda internet, mini-mətbəx, ikili baqaj hissəsi mövcuddur.